Dağlar öz daşının qədrini bilmir, Adamlar başının qədrini bilmir. Lağlanmaya dönüb həyat yamanca Gədalar kişinin qədrini bilmir. İllər tələsiyir, aylar yox olur, Sellər qan-qan deyir, çaylar yox olur, Ürəkdə məhəbbət, heyrət itdikcə Ürəkdən-ürəyə yollar yox olur.