Xəbərlər

Soylu Atalı Həqiqətlər

I Biz insandan kənarda inam mənbəyi tapıb insanların sevgisini ona yönəltmirik. İnamı insanın özünə bağlamaqla onun özünü yaratmasına və öz mahiyyətinə uyğun yaşamasına çalışır, bununla da həyata yeni hal, yeni ahəng gətirməsinə yol açırıq. Bu yolda insan əbədi, ölməz dəyərlərə üz tutaraq gerçəklikdə müqəddəsliyin yaşamasını təmin edir.