Ayrı-ayrı çağlarda İranın Amerikanı, İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk dövlətçiliyinə son qoyan Amerika-İngilis birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı başlayana kimi Xomeyni Avropada idi. O orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin olayları ciddi araşdırılsa, bəlli olar, Doğuda baş verən bütün olayların hazırlığı Avropada həyata keçirilmişdir. […]