Xəbərlər

Soylu Atalı. Poeziya Ruhun Harayıdır (II)

Şeirin halı duyğulardan, məzmunu isə idrakdan gəlir. Ona görə də şeiriyyəti sırf duyğu olayı saymaq doğru olmaz. Əlbəttə, şeirin gözəlliyi, eləcə də məna, məzmun yükü duyğuların və idrakın yetkinliyindən asılıdır. Duyğu yetgin, idrak yetkinsiz olarsa, şeirin ritmik deyilişi yaxşı səslənəcək, ancaq söz yalın, kəsərsiz olacaq. Tərsinə, idrak yetgin, duyğu yetginsiz olarsa, söz quru, sərt olmaqla […]