Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani olay […]