Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. […]