Dini dünyabaxışda ərəbin, poeziyada farsın etkisinə uğrayıb uduzan türk etnosu orta çağlarda təriqətlər araçılığıyla (vasitəsiylə) türklüyün mədəni çöküşünün qismən qarşısını ala bildi. Türk dilini poeziyaya gətirməklə isə yeni aşama başladı. Ümumən, şeiriyyəti insan qəlbinin dərinliklərinə yeriyə bilən ən uğurlu etki saymaq olar. Qutsallığın, ruhaniliyin şeir dili ilə öyülməsi duyğulara tez yol tapır. Təəssüf ki, klassik poeziyamızın […]