Yurdumuzda qaranlıq gündən-günə qatılaşır. Qaranlığın yarasaları çoxalır. İşığı görmək istəməyən, işığa kor baxan yarasalar həyata qaranlıqdan baxırlar. Özlərinin varlığını qaranlıq həyatda dərk edirlər… Yadlığı bayraq edənlər, milli kimliyinə arxa çevirənlər, ruhunu, mənliyini buxovlayıb, canını, cəmdəyini azad edənlər qaranlığa soxulurlar, yarasalaşırlar… Yenə də Babək, yenə də Atatürk gündəliyin qonusuna çevrilib. Yenə söyürlər, küçümsəyirlər, üfunət püskürürlər şəxsiyyətlərimizin […]