Xəbərlər

Soylu Atalı (Ocaq Yükümlüsü). Siyasi Dünyanın ermənisi

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu. 

Xəbərlər

Soylu Atalı (Ocaq Yükümlüsü). İnsana doğru

I. FƏRD və KÜTLƏ İnsan haqqında təsəvvürlər, bilgilər, axtarışlar çox mürəkkəbdir və müxtəlifdir. İnsanın mənşəyi, psixologiyası, sosial həyatı, ictimai mövqeyi haqqında çoxsaylı mülahizələr ortaya qoyulmuş, əksər hallarda insanın fərd olaraq dərk olunması arxa plana keçmişdir. Biz insanın mənşəyi haqqında gərgin axtarışları təbii sayırıq. Bu, idrak məsələsidir. İdrak cavab tapmamış axtarışları dayandırmır. İnsan hardan başlayır, insan […]