– İndi «millətçilik» sözü dəbdədir. «Millətçilik» sözünün yanında hər hansı «izm» olanda özgələşmə baş verir. Bu məsələyə münasibətinizi bilmək istərdim. – Millətçilik öz mahiyyəti etibarilə marksizmə qarşı, yəni vahid ictimai varlığın imkanına qarşı duran uzunömürlü ideal və etiqaddır. Bu etiqadı və idealı ifadə eləyən şəxsiyyətlər Azərbaycanda çoxdur. «Azərbaycan millətçiliyi»nin Sabir, Hadi kimi idrakçıları və müsavatçılar kimi […]