Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib?