On dörd mart Babəkin qətl günüdür Babək zamanın ideoloji baxışlarına sığmayan dəyər hadisəsidir. Son vaxtlar Babək haqqında əsərlər nəşr olunur. Bu əsərlərdə Babək təhrif olunur. Ərəb xilafəti, rus kommunist rejimi dövründə olduğu kimi. Dövrünün ziddiyyətli ideoloji basqıları altından çıxa bilməyən müəlliflər əsərlərində Babək surətini yarada bilməzlər. Onlar Babəki ən yaxşı halda cəsur qəhrəman, döyüşkən sərkərdə […]