Ulusəs Atalı
Xəbərlər

Ulusəs Atalı. Türkü – Türk İnamı var edəcək

Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm. Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə. “Dünya ağaları” türkün böyüklüyünü qəbul etmir, əksinə, türkü məhv etmək zoruyla yaşayırlar. […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 34-cü ildə III “Ailə Günü” Mərasimi

Ata-Ocaq ilsırası ilə 20 İşıq Ayı, 34-cü ildə (may, 2012) “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ailə Günü” “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə edərək sözünə başladı. O, İşıq Ayının onun üçün xüsusi olduğunu vurğuladı. Asif Ata ilə ilk görüşünün və Ocağa gəlişinin bu ayda olmasını dedi: “16 […]

Xəbərlər

Ulusəs Atalı. Özbaşınalığın təhlükəsi

Hakimiyyət ziyalını yadların, yadlığa güdazına verə bilir. İstedadlı yazıçı-publisist, xoşxasiyyətli insan, açıqsözlü ziyalı Rafiq Tağı evinin qarşısında silahlı basqına məruz qalır. Bu hal ölkədə cəsarətli sözün qədir-qiymətinin bilinməməsindən xəbər verir. Rafiq Tağıya qarşı təşkil olunmuş zorakılıq hadisəsi onun yazıçılıq fəaliyyətinə qarşı olmaqla bərabər, həm də ictimai fikrin inkişafını əngəlləyən əməlidir.

Xəbərlər

Mütləqə İnam Ocağının İnam Evində “İnam Evi Günü” Mərasim-Törəni keçirildi

Asif Atanın Mütləqə İnam Ocağı 13 Yağış Ayı, 33-ildə (noyabr, 2011) İnam Evində “İnam Evi günü” Mərasim-Törənini həyata keçirdi. Tədbirdə Ocaqçılardan başqa ayrı-ayrı ziyalılar da iştirak edirdi. Mərasim “Ata Harayları” ilə başladı. 6 ideyanı əks etdirən 6 rəmzi məşəlin yandırılması ilə Mərasim başladı.