Xəbərlər

Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz

Ümidsizləşən Bölgələrimiz İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət  sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.

Xəbərlər

Üstün Atalı. Vətən güzəranımızdan arxada deyil

Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…

Xəbərlər

Üstün Atalı. Vətənləşən səfərlərim

Bəşər həyatını davamlı izləsək, görərik  ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda  insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.

Xəbərlər

Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər

I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.Söz deyən də ya “iqtidar sözü” deyir, ya “müxalifət sözü”. Həqiqət sözü deyilmir.Nəinki deyilmir, dinlənilmir də. […]

Xəbərlər

Üstün Atalı. Heyrətimin Səfəri

İnsan yaradıcıdır. O həyatda özünü təkcə cismani olaraq ifadə etmir, həm də ruhani yaşamla öz ömrünü, yaşadığı mühiti mənalandırır. Mən bir fərd olaraq bu gün necə yaşayıramsa, necə özümü ifadə edirəmsə, mənim mühitim də o səviyyədə olacaq. İnsan özündən çox ayrılıb. Ona görə də təkcə insani keyfiyyətlərini deyil, heyvaniliyi – yırtıcılığı, hərisliyi, laqeydliyi, sevgisizliyi ifadə […]

Xəbərlər

Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki

Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız. Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür. Pulçuluğa, maddiyyatçılığa meyil gündən-günə artır. Niyə aldatma […]