Dünyanı yenidən öyrənmək, həyatı yenidən duymaq, insanı yenidən bilmək – adamda necə ülvi duyğular oyadır. Bunları duymaq, yaşamaq gözəldir. Mənim bunlara varmağımın bir ünvanı da səfərlərdir. Canlı ünsiyyətlərin, doğmalığın aradan getdiyi bir zamanda, insanın balaca bir sevincə həsrət olduğu dövrdə belə bizim içimizdə ünsiyyət ehtiyacı, insanlarla doğmalaşmaq istəyi azalmır. İnsanlığın yaşadığını, yaşaya biləcəyini haraylamaq, yurdumuzun […]