Xəbərlər

Elana İnamçı. İnam Evi – İnsan kimi yaşamaq istəyənlərin ünvanı

Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı  isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir.
Evdən çölə çıxırsan, hər yerdə bədbinlik görürsən, hamının üzündən ölüm oxunur. Ocağın gərəkliliyini görürsən. Evdə, çöldə, məktəbdə, hər yerdə Ocağa ehtiyac var. Bu ehtiyacları Ocaq bayrağı çox gözəl ifadə eləyir – İnsanlığa çağırışı ilə.
Mənim üçün Ocaqdan qıraqda həyat sönükdür. Mən həqiqətən ayrı cür düşünə bilmərəm. Ocaqçılığı çətin düşünmək gərək deyil, bu çətinliyi bizə ölkədə, dünyada həyatın durumu verir. Bu, Ocağın çətinliyi deyil, Ocağı başa düşməyənlərin bizə yaratdıqları çətinliklərdir.
İnam Evi Günümüz qutlu olsun. Mən Amal bağında tikilən İnam Evinin başqa yerlərdə də tikiləcəyinə inanıram. Çünki Ocağı sevməmək mümkün deyil. Bütün insanlara, bəşəriyyətə Ocaqlaşmaq, Ocağı başa düşmək arzulayıram. Ocaqçılıq gözəl yaşamdır, insan kimi yaşamaq istəyən hər kəsi buna çağırıram. Ocağımız var olsun.
Atamız Var olsun.

Yağış Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir