Xəbərlər

Göylü Atalının Ocaq səfəri

IMG-20160607-WA0004Çağdaş insanlarımızın ən əsas qayğıları nədir?! – Güzəran dayanıqlığını qurmaq, amansız gedişin basqısında məhv olmamaq üçün aramsız çalışmaq, başqalarından geri qalmamaq. Ədəbi ortamda bunların üzərinə bir az yazarlıqda birincilik, ödüllər əldə eləmək üçün yarışlara girmək, şöhrətlənmək üçün çabalar göstərmək də gəlir. Siyasətdə isə ortama xas çəkişmələr, oyunlar, bir-birini küçümsəmələr, satılmalar – qazanc uğuruna sövdələşmələr, daha nələr. İnsanların taleyi anlamsız, durğun bir yönə bağlanır. Yaşamın sonucu bilinmir. Bilinməyən bir şey dərk olunmaz. Odur ki, insana yanaşma da anlamsızlaşır. Dünyanın pozucu gedişi ehkamlaşır. Buna dirəniş göstərmək yox, uyğunlaşmaq yolu tuturlar. Ocaq isə başqa yol tutur, başqa cür düşünür.
Xalqa düşdüyü durumu anlatmaq və bu durumdan çıxmağın yollarını öyrətmək çox çətindir. Bunu kitaba, qəzetə yazmaqla, sosial şəbəkələrdə qınamaqla eləmək olmur. Bunun üçün xalqın içində olmaq gərəkdir. Xalq da sosial şəbəkələrdə deyil, şəhərlərdə, rayonlarda, kəndlərdədir. Ocaq kitabı, qəzeti, sosial şəbəkələrdə söz deməyi işin az bir hissəsi sayır. Ona görə də daim səfərlərdə olmaq, bölgələri gəzib görüşlər keçirmək, xalqın dərdini bilmək, xalqa (xalqın özünün) dərdini demək Ocaqçının əsas işlərindən biridir.
Qurtuluş Asif Atanın dediklərindədir. Bunu anladıqca xalqa anlatmaq gərəkir. Birlik yaratmaq, dağılmağa qarşı dirəniş göstərmək üçün Asif Atanın ideyaları ilə yaraqlanmaq – bu gün millətləşmənin təkcə doğru yoludur.
Bunları anlayaraq, çatdırmaq istəyərək Göylü Atalı Qobustan bölgəsinə səfər etmiş, oxullarda olmuş, 50-yə yaxın öyrəncilər və öyrətmənlərlə görüş keçirmişdir. Göylü soydaşlarımıza Asif Atanın dünyagörüşünü anlatmış, bu açıdan vətənimizin, ulusumuzun gələcəyini düşünməyin gənclik üçün mənəvi sorumluluq olduğunu vurğulamışdır. Gənclər Göylü Atalını ciddi maraqla dinləmiş və ondan bir sıra Ocaq ədəbiyyatları almışlar.

IMG-20160607-WA0004

IMG-20160607-WA0002

IMG-20160607-WA0000

IMG-20160607-WA0008

IMG-20160607-WA0009

IMG-20160607-WA0010

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

Şölə Ayı, 38-ci il.
(iyun, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir