Xəbərlər

Günev Atalı. Millilik və İnsanilik

 Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiy­yətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durma­mışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona görə də azadlığımızı  əlimizdən aldılar. Bir milləti özünə yadlaşdıranda onun yenidən özünə gəlməsi üçün yüzillər gərək olur.

Dərindən baxanda bəlli olur ki, biz allahı əlindən alınmış millətik həm də. Bizə allah verdilər, kölələşdik, Mütləqiliyimizi itir­dik. O keyfiyyətlər ki, xalqda minillərlə formalaşır, ona yiyə durma­yan­da özgələr bir anın içində məhv eləyə bilirlər. Özümüzə yadlaşan­dan sonra hər şeyimizi zorla formalaşdırıblar. Bax, indi Asif Ata bizim içimizi bərpa eləmək qüdrəti ortaya qoyub. Millətin millət kimi formalaşması üçün öz içində yaranan dəyəri qəbul etmək səviyyəsinə qalxmalıdır…

 

xxx

Dinlər yaranandan sonra onun ritualları, qaydaları toplum tərəfin­dən icra olunub. Ancaq təəssüf ki, dərinə gedilməyib və böyük həqi­qət insanın ömrünə girməyib. İnsan fərqinə vara bilməyib ki, onun icra elədiklərinin axıra qədər onun ömrünə dəxli yoxdur. Üzdə ilişib qalmaq insanı dərin məsələlərə varmaqdan məhrum edib. Ona görə də düşünürəm ki, Asif Atanın Yolunu onun davamçı­ları yüksək idraki səviyyədə yaşadıb verə bilməsələr toplum onu da dinə çevirə bilər… İnam həyatı anlamına yüksəltməlidir.

 

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir