Xəbərlər

Günev Atalı. Ümidləşən İnamım

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
İnamla yaşamaq – hüdudsuz fərəhimdir!

Yaşamın dəyişə biləcək imkanına ümidimdir.

Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür.

Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi babam kimi. İnsanınhüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.

Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər, göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını.Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini…

 Ağsaqqallığa yetməyin hünər səviyyəsini anladıqca ruhani döyüşümün yarağının Asif Ata İnamı olduğunu bəyan edirəm. Bu İnamla dolan bir ömür yaşamaqdayam.
Dünyanın mənəvi ehtiyacından yaranan Ata İnamı bu ehtiyacı ödəmək üçün Evlad İnamçılığını yaratdı.
Amalım ömrümə hakim oldu. Ona yetməyin yolunda göstərdiyim çabalar ömrümün Ali qisməti oldu.
Viranəyə çevrilmiş Yurdumda özünə yadlaşmış yurddaşlarımın mənəvi yaralarına məlhəm olmağımın gərəkliyini dərk edirəm.

Ruhumu özgürlüyə qovuşduran üsulum –  özümüdərk etməyim, “Ricalar”la, “Təmaslarla” gündəlik bağlılığım, özüylədöyüşüm, özünütəsdiq etməyimdir…

Atamız Var olsun!

Ata Ayı, 45-ci il. Atakənd.

(sentyabr, 2023. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir