Xəbərlər

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 39-cu ildə Aylıq törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin
39-cu ildə Aylıq törəninin

Gediş Yazısı

Yer: Atagün Eli (Örənqala);
Çağ: 22 Od Ayı, Murad Günü;
Başlanır: saat 16.00

  • Oda Mərasimin Ruhuna uyğun hazırlanır. Gül-çiçək, yazmaq, çəkiliş üçün gərəkən nəsnələr. Hazırlıqları Elana Atalı yerinə yetirir.
  • “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.

 Törən qonuları:

  • Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;
  • Ailə törənləri içimizin ruhani nizamıdır.
  • Sıxıntıların, basqıların, gərginliklərin Ocaq halına qarşı ayaqlaşması nədən soraq verir?!
  • Ocaq – ölkənin indiki durumunun aydınlaşmasında rol oynaya bilərmi?

 Törənə qıraqdan qatılan olsa sözü dinlənilir, Ocaqla bağlı soruları yaransa cavab verilir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.

 Gün’ün Carı

  1)   Ocaqçılıq – Yadlıqların gedişini həyata keçirmək üçün Hünər gəlişidir!

 2)  İnsanın gələcəyinə  “Atagün”dən baxa bilmək ucalığında yaşamalı!

 

 Gediş Yazısını  yazdı: Soylu Atalı

 Od Ayı, 39-cu il. Saray-Soylu.
(iyul, 2017.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir