Xəbərlər

“Atagün”, “Ulufərəh” Ailəsinin V Aylıq Törəninin Gediş Yazısı

IMG_3105Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin, Göylünün Yükümlüsü olduğu “Ulufərəh” Ailəsinin

37-ildə V Aylıq Törəninin
Gediş Yazısı

 Yer: Atagün Eli (Örənqala);
Tarix: 17 Od Ayı, Qismət Günü;
Başlanır: saat 10.00

 • Oda Törənin Ruhunu özündə daşıyan biçimdə hazırlanır. Gül-çiçək, yazmaq üçün kağız-qələm, çəkiliş üçün gərəkən nəsnələr təşkil olunur. İşə sorumlu Elana Atalıdır.

 

  • “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır.
  • Törənin quralları yerinə yetirilir:

-“Ataya Səhər Ricası”, “Özündəki Mütləqlə Səhər Təması” söylənilir.

 

Törənin qonuları:

1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı;

2. Ocaq üstə yaşamağın çətinliyi hara kimidir, bu çətinliyi tam aradan qaldırmaq olurmu, nə etməli, örnək varmı? Özünü aldatmadan doğru aydınlatmalı.

 

Qutsal Oxuma: “Təməl” kitabının davamı oxunub aydınlıq gətirilir.

Qatılanlar olarsa fikirləri dinlənilir, sorğuları cavablandırılır.

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq” səcdəsiylə Gün başa çatır.

 

Gün’ün Carı

 

1) İnam Yolu yaşadıq – İnsan yükü daşıdıq!

2) “Atagün”də uğurlarımın özülü – Doğmalığım, Doğruluğum – Sabah üstə yaşamağım!

 

Gedişatı yazdı: Soylu Atalı

Od Ayı, 37-ci il. Saray-Soylu.

(iyul, 2015.)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir