Dədə Qorqudlu dünyamızı xatirata çevirdik. Tarixləşdi müdrikliyimiz. İndi Yalıncıqlar dünyasıdır. Hər yerdə satqınlıq, hər yerdə dönüklük. Milli dəyərlərimiz satılır, xalq ruhuna dönüklük olunur. Mədəniyyət, ailə, qeyrət, ədalət, vicdan pulçuluğun, zorun boyunduruğundadır. Gözünü açıb həyata baxanda hər şey qara boyada görünür. Ümid sarsılır sanki. Başını qaldırıb göylərə baxanda allahsızlıq şığıyır adamın baxışlarına. Adam könlünü köksünə sıxıb […]
Bu günlərdə Lev Tolstoyun “Bugünümüzdəki köləlik” kitabını oxuyub qurtardım. Çox bəhrələndim, çox düşündüm. Öncələr də yazdığım kimi, Tolstoy İnsanlığa sevgini anladan məktəbdir. Ancaq bu məktəb yetərincə öyrənilib dərk olunmayıb. Bizə görə Tolstoyu bədii yaradıcılıq açısından dərk eləmək alınmaz. Çünkü onun həyata baxışı daha çox ruhaniyyatçılıq yönündədir. Ruhaniyyatçılıqda da özünəxas yanaşma ölçüsü var. Bu özünəxaslıq nədən […]