(Asif Atanın “Fərəh Haqqı – Fərəh Borcu”
içsəsi üstə)
Fərəh haqqı
İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur. Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, tanımır. Yəni dünyaya gercəkliyin gözüylə baxır, idrakının gözüylə yox. Maddi dünyada keçici əhvallar insanın sevincini, fərəhini əvəz edir, əslində fərəhsizlik onun ömrünə hakim olur – insani fərəh heyvani istəklərdə bogulur. Ömür fərəhsizləşdikcə insanın varlığına üzücü kədərlər yeriyir.
O şeylər ki insana kədər qətirir, onlar insanın mahiyyətindən cox aşagıdır. Mütləq olana deyil, zəruri olana meyil etdiyinə görə insan fərəhi ömrünə gətirə bilmir. Çünki zəruri olan şey insana qulluq eləmədi, əksinə, onun ömrünü yedi.
İnsan insanlıq haqqına – özümləşmək haqqına, azadlıq haqqına, bir sözlə, yaşamaq haqqına yetmək üçün inam, idrak, mənəviyyat, iradə üstünlüyünə böyüməlidir. Asif Atanın öyrətdiyi bu həqiqət insanı haqlı edir. Bu deyilənlər olmadıqda insan haqqından məhrum olur. Məhrum olan insanın fərəhlənməsi mümkün deyil.
İnsan mühitin ona öyrətdiyi aqibəti yaşayanda, yəni ağalıq, nökərlik, təbəqəçilik səviyyəsində özünü ifadə edəndə özümlüyündən ayrılır, yəni fərəh haqqını itirir.
İnsan bu günə qədər fərəh haqına çatmayıb, çünki özünə bərabər yaşamayıb.
Asif Ata insana özümləşmək yolunu verir, yəni onu özünün fərəh haqqına qovuşdurur.
Atamız Var olsun!
(arxiv)