Xəbərlər

Müqəddəs “İnsanilik” Bayramının Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 34-cü ili
Müqəddəs “İnsanilik” Bayramının

GEDİŞATI
Gün:
 14 Günəş Ayı;            Yer:  İnam Evi (İçərişəhər);           Başlanır:  saat 14.00

İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilati işlərə Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalı məsuldur.
İnam Bayrağı gətirilir. Günev Atalı 6 ideyanı əks etdirən 6 məşəllə odaya daxil olaraq, Bayram  üstə söz söyləyir.

  • Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
  • Üstün “Ata Çağırışı”nı söyləyir.
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı Türkel,
  • “Ataya Günorta Ricası”nı – Nurtəkin deyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama sözü dinlənilir.

İÇSƏSLƏR:

  • İnsaniliyin Bayram olunması Bəşər tarixində yeni addımdır  – Günev, Ulusəs;
  • İnsanlaşma Əzəli tələbdir. Bu tələblə yaşamağın çətinliyini necə ötməli  – Göylü, Nurtəkin;
  • “Amal – Ali Həyat istəyidir” – Ata fikrinin izahı – Türkel, Yasin.

 (Mövzulara hər kəs münasibət bildirə bilər)

 İzharlar arası saz və ya muğam səslənir.

Bayramda ruhani hədiyyələr Ocağa təqdim olunur.

 

  • İnsanilik Şərqisi”ni – Üstün,
  • “İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı  – Günev söyləyir.

Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”

Hamı: “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm!” – deyir.

Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsiylə yekunlaşır.

Tədbir çay süfrəsi ətrafında doğmalaşma ilə başa çatır.

 CARLAR:

      Ata Amalı – İnsaniliyə Səcdə Ucalığı!

      İnsanilik Bayramımız – İnsana İnamın nəğmələşməsi!

      İnsanilik Bayramı – Mərasimləşən Aqibət!

Gedişatı yazdı: Nurtəkin Atalı

24 Köçəri Ayı, 33-cü il. Atakənd.

Qəbul olunur.

 Ocaq Yükümlüsü  Soylu Atalı

 24 Köçəri Ayı, 33-il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir