Xəbərlər

Müqəddəs “Xəlqilik” Bayramının Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 34-ili
Müqəddəs “Xəlqilik” Bayramının

GEDİŞATI

Yer:   İnam Evi (İçərişəhər).
Gün:  13 Şölə Ayı, Dözüm günü.
Başlanır:  saat 14.00

 Təşkilati işlərə Göylü və Türkel məsuldur.
Bayram odasına 6 ideyanı əks etdirən 6 işıq gətirilir.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.

 

Hamı: “Ata Ruhuna Pənah Gətirmişik!”

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,

“Ataya Günorta Ricası”nı – Günev,

“Çağırış”ı – Üstün deyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü.

İçsəslər:

  • “Ruhaniyyat və Xalq, Xalq və onu düşünənlər” mövzusunda Evlad hesabatı verilir.
  • İnam Atanın “Xalq İnsanın Müqəddəs Mənliyidir” fikrinin təhlili.

 

Bayram iştirakçıları da mövzular üstə söz deyə bilərlər.

İzharlar arası musiqi səsləndirilir.

Bayram hədiyyəsi varsa, təqdim olunur.

 

“Xəlqilik Şərqisi”ni – Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ıTürkel  deyir.

Ocaq Yükümlüsü Ata Harayını çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”

Evladlar bir səslə “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyib Bayrağı öpürlər.

 

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,

“Atamız Var Olsun!” Səcdəsiylə Bayram sona çatır.

 Sonda Bayram süfrəsi ətrafında doğmalaşma.

 

CARLAR

  • Xalqı dəyişdirmək – Xalqla barışmamaq tələbi qoyur qarşımızda!
  • Xəlqilik Bayramı – Xalqın Müqəddəs Fərəhi!
  • Fərdin öz iradəsinə sahibliyi – Xəlqiliyin təsdiqi

 Gedişatı yazdı: Türkel Atalı

24 İşıq Ayı, Mərhəm günü, 34-il. Saray-Soylu.

 

Qəbul olunur.

                          O.Y. Soylu Atalı

 

                                                                        25 İşıq Ayı, 34-il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir