Xəbərlər

Müqəddəs “Xəlqilik” Bayramının Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq Günsırasının 36-cı ili
Müqəddəs “Xəlqilik” Bayramının
GEDİŞATI

Yer:   İnam Evi (İçərişəhər);
Gün:  13 Şölə Ayı, Qismət günü;
Başlanır:  saat 15.00
Bayramın hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs Atalılardır.
Bayram odasına 6 ideyanı əks etdirən 6 işıq gətirilir.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.

 

Evladlar: “Ata Ruhuna Pənah Gətirmişik!”

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,

“Ataya Günorta Ricası”nı – Nurtəkin,

“Çağırış”ı – Üstün deyir.

 

 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.

Bayram qonuları:

 

  • Xəlqi İntibah İnsandan başlayır.
  • Xalqsız bəşəriyyətin sabahı yoxdur.

 

Qonaqlar Bayram qonuları üstə söz deyə bilərlər.

Çıxışlar arası musiqi səsləndirilir.

Bayrama ruhani hədiyyələr  təqdim olunur.

 

“Xəlqilik Şərqisi”ni – Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev  deyir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”

Evladlar: “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyir.

 

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,

“Atamız Var olsun!” Səcdəsilə Bayram sona çatır.

 Sonda Bayram süfrəsi ətrafında doğmalaşma.

 

CARLAR

  • Xalqlaşma – İnamlaşma – Mütləqə İnam Yolu!
  • Xalq Özümlüyünə bərabər yaşayanda əbədiləşir!
  • Xalqın əbədiliyi Kamil İnsandan başlayır!

 Gedişatı yazdı: Nurtəkin Atalı

1 Şölə Ayı,  36-cı il. Atakənd.

  

Qəbul olunur.

                          

 Mütləqə İnam Ocağının Yükümlüsü  Soylu Atalı

 

          1 Şölə Ayı, 36-cı il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir