Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 33-cü ili
Müqəddəs “Ata Günü” Mərasimi
G e d i ş a t
Yer: İçərişəhər (İçodamız); Gün: 25 Ata ayı; Başlanır: saat 14.00.
Mərasim odası hazırlanır. Təşkilatca məsul Göylü. İnam Bayrağı gətirilir. Ata “Haraylar”ı səsləndirilir.
Hamı: “Müqəddəs Ata, – İnamında Təzələndik, Amalında Sabahlaşdıq!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – Türkel,
“Ruh üstə” içsəsini – Üstün söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü.
İÇSƏSLƏR:
1. Ata Peyğəmbərliyi – Xilas Yolumuz!
2. Ata İnamında – Atalı Yurdumuz!
3. Ata ölməzliyi – Evlad hünərində!
Ruhani hədiyyələr varsa, təqdim olunur.
Nişanələr Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə paylanır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdələriylə Mərasim bitir.
CARLAR
• Müqəddəs Ata, – İnamında Təzələndik, Amalında Sabahlaşdıq!
• Atanı yaşadaq – İnsana çataq!
Gedişatı yazdı: Üstün Atalı
9 Ata Ayı,Qismət günü,
33-il. Saray-Soylu.
Qəbul olunur.
O.Y. Soylu Atalı
9 Ata Ayı, 33-il. Saray-S.