Xəbərlər

Müqəddəs “Bəşərilik” Bayramının Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 33-ili
Müqəddəs “Bəşərilik” Bayramının

GEDİŞATI

Yer: İnam Evi (İçərişəhər); Gün: 12 Sərt Ayı; Başlanır: saat 14.00
Bayramın hazırlıq işlərinə məsul İnam Evinin Odqoruyanı Ulusəs Atalı və Göylü Atalıdır.
6 ideyanın rəmzi olaraq 6 məşəl yandırılır.
• Bayraq gətirilir.
• Hamı: “Ata Ruhuna Pənah gətirmişik!”
• Üstün “Ruh Üstə” Çağırışını söyləyir.
• “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
• “Ataya Günorta Ricası”nı – Türkel deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama sözü.

İÇSƏS MÖVZULARI:
“Bəşəri mahiyyət millətlərin varlığında ifadə olunur” – Göylü, Türkel.
“Bəşərin dünəni, bu günü və sabahı” – Ulusəs, Üstün.
“Bəşərin insani inkişafı necə yarana bilər?” – Nurtəkin münasibətini bildirir.

İzharlar arası saz və ya muğam çalğısı səslənir.
Bayram hədiyyəsi varsa, Ocağa təqdim olunur.

• “Bəşərilik Şərqisi”ni – Üstün,
• “Bəşərilik Bayramı üstə Mütləqlə Təmas” – Türkel söyləyir.
Ocaq Yükümlüsü Ata Harayını çatdırır: “Bəşərləşin, Bəşərləşdirin!”
Hamı: “Bəşərə and olsun Bəşəriliyə xidmət edəcəyəm!” – deyib Bayrağı öpür.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdəsiylə Bayramın Mərasim hissəsi sona çatır.
Sonra çay süfrəsi açılır və doğmalaşma yönündə fikirlər sərgilənir.

CARLAR:
Atanın gəlişi – Bəşərin özünə dönüşü!
Mütləqə İnam – Bəşərin var oluşu!
Bəşər insanı itirib, İnsan müqəddəsləşməklə Yeni Bəşər halı yaratmalıdır!

Gedişatı yazdı: Nurtəkin Atalı
01 Sərt Ayı, 33-il. Saray-Soylu.

Qəbul olunur.

O.Y. Soylu Atalı

01 Sərt  Ayı, 33-il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir