Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 35- ili
Müqəddəs “Evlad Günü” Mərasiminin
GEDİŞATI
Gün: 1 Şölə Ayı, Murad günü
Yer: İnam Evi (İçərişəhər)
Vaxt: saat 14.00
Oda Mərasim ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir, – hamı səcdə duruşunda.
“Ata Harayları” səsləndirilir.
Hamı: “Atayla Ruhani vəhdətim – Fərəhimdir!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh Üstə” izharını – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir.
İçsəslər:
1. “Kim idim, kim olmuşam?” Evlad hesabatı verilir.
2. Səcdə müqəddəsliyinə yetmişəmmi?
Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə təqdim olunur.
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,
“Atamız var olsun!” səcdəsi ilə Mərasim başa çatır.
CARLAR:
- Atayla ruhani vəhdətim – Fərəhimdir!
- İmtinaya yetmək – Özümlüyün təsdiqidir!
- Evladlığım – Xəlqi gələcəyim!
Gedişatı yazdı: Nurtəkin Atalı
24 İşıq Ayı, 35-il. Atakənd.
Qəbul olunur
Ocaq Yükümlüsü Soylu Atalı
25 İşıq Ayı, 35-il. Atakənd.