Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 34-cü ili
Müqəddəs “İnsanilik” Bayramının
GEDİŞATI
Gün: 14 Günəş Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: saat 14.00
İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilati işlərə Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalı məsuldur.
İnam Bayrağı gətirilir. Günev Atalı 6 ideyanı əks etdirən 6 məşəllə odaya daxil olaraq, Bayram üstə söz söyləyir.
- Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
- Üstün “Ata Çağırışı”nı söyləyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı Türkel,
- “Ataya Günorta Ricası”nı – Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama sözü dinlənilir.
İÇSƏSLƏR:
- İnsaniliyin Bayram olunması Bəşər tarixində yeni addımdır – Günev, Ulusəs;
- İnsanlaşma Əzəli tələbdir. Bu tələblə yaşamağın çətinliyini necə ötməli – Göylü, Nurtəkin;
- “Amal – Ali Həyat istəyidir” – Ata fikrinin izahı – Türkel, Yasin.
(Mövzulara hər kəs münasibət bildirə bilər)
İzharlar arası saz və ya muğam səslənir.
Bayramda ruhani hədiyyələr Ocağa təqdim olunur.
- “İnsanilik Şərqisi”ni – Üstün,
- “İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev söyləyir.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”
Hamı: “İnsana and olsun, İnsaniliyə xidmət edəcəyəm!” – deyir.
Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsiylə yekunlaşır.
Tədbir çay süfrəsi ətrafında doğmalaşma ilə başa çatır.
CARLAR:
Ata Amalı – İnsaniliyə Səcdə Ucalığı!
İnsanilik Bayramımız – İnsana İnamın nəğmələşməsi!
İnsanilik Bayramı – Mərasimləşən Aqibət!
Gedişatı yazdı: Nurtəkin Atalı
24 Köçəri Ayı, 33-cü il. Atakənd.
Qəbul olunur.
Ocaq Yükümlüsü Soylu Atalı
24 Köçəri Ayı, 33-il. Atakənd.