Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 34-cü ili
Müqəddəs “Şərqilik” Bayramının
GEDİŞATI
Yer: İnam Evi; Gün: 12 Ata Ayı, Dözüm günü; Başlanır: saat 14.00
İnam Evinin “Tədbirlər Odası” Mərasimin ruhuna və tələbinə uyğun biçimdə hazırlanır. Tədbirin hazırlıq işlərinə Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalı məsuldur. Mərasim arxivləşir və sabaha çatdırılır.
Bayraq gətirilir. Ocağın 6 ideyasını əks etdirən 6 məşəl yandırılır, Bayramı kutlama sözü deyilir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması” və “Ataya Günorta Ricası” söylənilir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram izharı dinlənilir.
İÇSƏSLƏR:
Şərqilik Asif Atanın “Mütləqə İnam” Dünyabaxışının təməl ideyası kimi.
Asif Atada Şərqilik və Yurd Müqəddəsliyi ideyasının vəhdəti.
Yurd Müqəddəsliyi ideyasını inkar edən dini, siyasi baxışlara dirənişin zəruriliyi.
Şərqilik – Bəşəri quruculuqda ölçü kimi.
Bayrama Ruhani hədiyyələr təqdim edilir.
“Şərqilik Şərqisi” və “Şərqilik Bayramı üstə Mütləqlə Təmas” oxunur.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “Şərqləşin, Şərqləşdirin!”
Hamı: “Şərqə and olsun Şərqiliyə xidmət edəcəyəm!” – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsi ilə
Tədbirin Mərasim hissəsi başa çatır.
Sonda çay süfrəsi ətrafında doğmalaşma yönündə söhbət edilir.
CARLAR:
Şərqiliyimiz – Əzəli Peyğəmbərliyimiz!
Şərqiliyimiz – Bəşəriliyin Ruhani tələbi!
Gedişatı yazdı: Ulusəs Atalı.
2 Ata Ayı, 34-il. Atakənd.
Qəbul olunur.
Ocaq Yükümlüsü Soylu Atalı
3 Ata Ayı, 34-il. Atakənd.