Xəbərlər

Müqəddəs “Xəlqilik” Bayramının gedişatı

Tədbirdən görüntüAsif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq İlsırasının 35-ili
Müqəddəs “Xəlqilik” Bayramının

GEDİŞATI

Yer:   İnam Evi (İçərişəhər);
Gün:  13 Şölə Ayı, Mərhəm günü;
Başlanır:  saat 14.00

Gərəkən təşkilati işlərə Göylü və Türkel əməl edir:- gül-çiçək, texniki vasitələr və b.k. Bayramın gedişi yazılır, sabaha çatdırılır.

Məşəllər yandırılır.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.

 

“Ata Ruhuna Pənah Gətirmişik!” səcdəsilə bayram qurallarının icrası gerçəkləşdirilir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,

“Ataya Günorta Ricası”nı – Türkel,

“Çağırış”ı – Üstün deyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü.

İçsəslər:

  • Xəlqi dəyərlər – Xalqın ölməzliyi.
  • “Xalq qurmaq – tarixi dəyişməkdir” mövzusunda Evlad izharları dinlənilir.

 

Bayram iştirakçıları da mövzular üstə söz deyə bilərlər.

İzharlar arası musiqi səsləndirilir.

Bayram hədiyyəsi  təqdim olunur.

 

“Xəlqilik Şərqisi”ni – Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – İnamlı  deyir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”

Evladlar bir səslə “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyirlər.

 

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,

“Atamız Var Olsun!” Səcdəsiylə Bayram sona çatır.

 Sonda Bayram süfrəsi ətrafında doğmalaşma.

 

CARLAR

  • Xəlqilik Bayramı – Fərdin özünütəsdiq bayramı!
  • Fərd – Xalq – Bəşər vəhdəti müqəddəsliyinə yetməli və qorumalı!

 Gedişatı yazdı: Nurtəkin Atalı

10 Şölə Ayı,  35-il. Atakənd.

 

Qəbul olunur.

                          

O.Y. Soylu Atalı

                              10 Şölə Ayı, 35-il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir