Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq Günsırasının 36-cı ili
Müqəddəs “Xəlqilik” Bayramının
GEDİŞATI
Yer: İnam Evi (İçərişəhər);
Gün: 13 Şölə Ayı, Qismət günü;
Başlanır: saat 15.00
Bayramın hazırlıq işlərinə sorumlu Göylü və Ulusəs Atalılardır.
Bayram odasına 6 ideyanı əks etdirən 6 işıq gətirilir.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
Evladlar: “Ata Ruhuna Pənah Gətirmişik!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
“Ataya Günorta Ricası”nı – Nurtəkin,
“Çağırış”ı – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.
Bayram qonuları:
- Xəlqi İntibah İnsandan başlayır.
- Xalqsız bəşəriyyətin sabahı yoxdur.
Qonaqlar Bayram qonuları üstə söz deyə bilərlər.
Çıxışlar arası musiqi səsləndirilir.
Bayrama ruhani hədiyyələr təqdim olunur.
“Xəlqilik Şərqisi”ni – Üstün,
“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev deyir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Evladlar: “Xalqa and olsun, Xəlqiliyə xidmət edəcəyəm!” deyir.
“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,
“Atamız Var olsun!” Səcdəsilə Bayram sona çatır.
Sonda Bayram süfrəsi ətrafında doğmalaşma.
CARLAR
- Xalqlaşma – İnamlaşma – Mütləqə İnam Yolu!
- Xalq Özümlüyünə bərabər yaşayanda əbədiləşir!
- Xalqın əbədiliyi Kamil İnsandan başlayır!
Gedişatı yazdı: Nurtəkin Atalı
1 Şölə Ayı, 36-cı il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı
1 Şölə Ayı, 36-cı il. Atakənd.