Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 35-ili
Müqəddəs “Yeni il” Mərasiminin
Gedişatı
Yer: İnam Evi,
Gün: 1 Günəş Ayı,
Vaxt: 14:00.
Mərasim keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü və Türkel Atalıdır.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
Hamı: “Ata Ruhu – bizi ölməzliyə qovuşduran sonsuz qüdrət!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Üstün,
“Ruh Üstə” içsəsini – Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü.
İçsəslər:
1) Yeni ildə yeni səviyyədə qurulmaq imkanımın yaranması, aşkarlanması.
2) Fərəhimin zəngin və hünərli əməllərlə artımı hansı səviyyədədir?
Mərasimə Ruhani Hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə təqdim edilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdəsiylə mərasim başa çatır.
Carlar:
• Ata Ruhu – bizi ölməzliyə qovuşduran sonsuz qüdrət!
• Yeni ilimiz – Mütləq doğmalıq və Mütləq İnam əsasında quruculuğumuz!
• Yeni il – Sabahlı yaşam fərəhimiz!
Gedişatı yazdı: Türkel Atalı.
16 Köçəri Ayı,34-il. Saray-Soylu.
Qəbul olunur.
Ocağın Yükümlüsü Soylu Atalı
17 Köçəri Ayı, 34-il. Saray-Soylu