Xəbərlər

Mütləqə İnam OcağınınYeni İl Mərasimi

 

2013-03-01-14_07_591-300x2261 Günəş Ayı İnam Evində Mütləqə İnam Ocağının Kutsal “Yeni İl” mərasimi keçirildi. Bu “Gün” Ocağımızın iç kurallarından biridir. Bu Mərasimdir. Mərasim heç vaxt kütləviləşməyəcək. Mərasimə yalnız Ocaqçılar qatılır. 4 Bayramlarımızın, Ailə Günlərinin qonaqları isə həmişə olacaq. Hətta Bayramları gələcəkdə bütövlükdə xalq keçirəcək.

35-ci ilimiz Kutlu Olsun!

Mərasim kuralları ifadə olunduqdan sonra Ocağın Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: “Müqəddəs Günümüzə başlayırıq! Müqəddəs Yeni ilimizdə yeni əhvalla söz demək istəyirəm. Ocağımızın Müqəddəs ənənəsi var, bu ənənə hər bir Ocaqçının uğurunu görmək və göstərmək  ənənəsidir. Ata hər bir mərasimdə öz Evladlarının uğurunu görüb və göstərib, başqa Evladlara təqdim eləyib, bəzən şifahi, bəzən də yazılı təqdir eləyib. Təqdirlər tarixə yazılır, həm də ürəyə yazılır. Bu “Gün”ümüzün cox uca bir əhvalı var, həm də gəlişməsi var. Onu nə yaratdı? Onu Ocaqçının tükənməyən ləyaqəti yaratdı.  İllər içrə Ocaqçı öz Amalının “əsirinə” çevrildi, vurğununa çevrildi. Evlad vurğununa çevrildiyi üçün də Ocaq yaşayır.

Tədbirdən görüntüTarixdə buna bənzər olan hadisələrdə çox həssas olublar. İsanın yanında olan üç nəfər təşviş içində ondan soruşurlar ki, dünyanı üç adam necə inandıra biləcəyik? İsa deyirdi ki, Atamız,  yəni Allah bizə elə bir qüdrət verəcək ki, biz belə bir çətin vəzifənin öhdəsindən gələ bilək. Bu bir xətt idi. Doğrudan da, Yola çağırdığı ilkinlərin özünü inandırmaq lazım idi əvvəl, bundan sonra toplumu inandırmaq lazım idi. Həm də o bir təsəlli idi. Amma Ocaqçının belə bir təsəlliyə, məncə, ehiyacı  yoxdur. Kənardan bizi seyr edən istənilən adam bizə sayğı duyar. Sayğı duyar ki, bunlar böyük bir şəxsiyyətin, Asif Atanın yolunu davam edirlər,  onun sözünü deyirlər. Biz nə deyirik bəs? Biz isə deyirik ki, dünyanı dəyişmək istəyirik. “Dünyanı dəyişmək istəyirik”  demək üçün hansı qüdrət olmalıdır? Hansı səviyyə olmalıdır ki, deyəsən, gördüyün bu məsum insanlarnan sən dünyanı dəyişmək istəyirsən.  Ocağın bizə verdiyi ləyaqət budur. Heç bir gedişat  Ocaqçının ayağından tutub geri çəkə bilmədi. Bunu hər bir Evlad təhlil edib yazsa yaxşı olar. Gözəl bir hesabat vermək olar. Bizi yaşadan nədir –  Fərəh, Fərəhi yaradan nədir – İnam. İnamdır, Xülya yox. Xülyayla 35 il özünü aldada bilməzsən, xülyayla özünü 5 il aldada bilərsən. Partiyaların minlərlə üzvləri ümidsizdir. Heç biri öz partiyasına inanmır. Heç biri güclərinə inanmır, hamısı təslim olur. Bütün göstərilən çabaların, səylərin hamısı məğlubiyyətin təntənəsi kimi görünür. Çünki nə önündə gedənin, nə də arxasında gedənin ürəyində Ruhani qüdrət yoxdu, Ocağın var. Biz müqayisə eləmirik, amma bizim yersiz iddiamız da yoxdur. Bizim içimiz var. 35 il bir yolda olmaq, bu olduqca prinsipial məsələdir. Biz hər birimiz 35 ildir bu Yoldayıq. 35 illik Amalı yaşatmaq, həm də onun 35 ilinə sahib olmaqdır. Buna görə Ocağın ləyaqətini, bütövlüyünü dərk etmək lazımdır. Demək lazımdır, yazmaq lazımdır. Mən Ocağımızın belə bir kutsal gəlişini, oluşunu, yaşamını, Atamızın ruhani hüzuruna təqdim etməyə özümdə cəsarət tapıram. Bu cəsarəti oluşduran Hünərlər var. Mən bu hünərlər içində Ocağın əməli yerişinə, fiziki yerişinə, öz ləyaqəti ilə imkan yaradan (ünvan imkanı) və onun arxasında dayanan Ulusəsin əməyini, hünərini təqdir edirəm. Bu, Ocaq tarixi üçün ciddi göstəricidir. Bu fərdlərin Ocağı yaşatmaq hünəri Ocaq tarixində qırmızı xətdir. O qırmızı xətt min ilin gözünə görünəcək. Çünki belə bir zamanda Ocağa sahib çıxmaq, əslində millətə, vətənə sahib çıxmaqdır. Bütövlükdə bəşərə sahib çıxmaqdır. Qoy kim nə deyir desin, bu iddianı böyük saysın, nə düşünür düşünsün, qoy quruca iddia saysın, özü bilər, sən öz içinə yaxşı bax.  Yeni ilə gəlişin kutlu olsun!

Atanın ölümündən sonra, Ocağın ayaqda qalması, yeriməsi, gəlib bu günə çatması və onun ləyaqətlə davamlı təqdim olunması, çox mənada bağlıdır Nurtəkinə, Göylüyə. Görün sizin zərif ürəyiniz nəyə qadir oldu. Görün sizin məsum ləyaqətiniz nələrə qadir oldu. 35 illik ruhani ömrə və min illik ruhani təsirə sahib çıxmaqdır. Bu insanların xalqın içinə çıxması, eldən-elə gəzib haray salması, xalqına Asif Ata kimi ruhani xilaskarını göstərməsi, bununla yanaşı Ocağın ölçüyəgəlməz müqəddəsatının (arxivinin) yaradılması, Ocaq ədəbiyyatının yaradılması və umacaqsız olaraq hər kəsə pay verilməsi böyük bir ləyaqətdir. Bunun əvəzi yoxdur. Bütün bəşər tarixinin çox nadir hadisələri ilə müqayisə oluna bilər. Bu, bəşər tarixinin böyük şəxsiyyətlərinin ləyaqətinə sahib çıxmaq deməkdir. Onların cərgəsində dayanmaq deməkdir. Ona görə də sizin Atanın qarşısındakı böyük xidmətinizi və hünərinizi təqdir edirəm.

O dövrdə sizə çiyin verən və o dövrün hadisələrini bu günə  baxaraq, bəlkə də heç dərindən bilməyən, amma onu safcasına yaşadan Üstünün  Ata qarşısındakı ləyaqətini təqdir eləyirəm.

Günevin əzablı yollar keçməsinə baxmayaraq, Atanın arxasına düşən, Atanın Yolunda davamlı ləyaqət göstərən, davamlı söz deyən, döyüşən hünərini təqdir edirəm. Onun Atanın İnamına Ev yaratması, İnama Məbəd yaratması  böyük hadisədir. Bu, türkün ruhaniyyat tarixinə imza atmaqdır. Günev ayrıca imza atır (bunu o, özü düşünüb yazsa yaxşı olar). Ona görə də Günevin ləyaqətini və hünərini təqdir eləyirəm. Ona çiyindaş olan, onun qolundan tutan, amaldaşı, həyatdaşı  Elananı  təqdir eləyirəm.

Ocağımızın içində böyüyən, Ocaq üçün özünə qarşı amansız tələblər qoyan, Ocağın işini içindən düyan, anlayan, ona yiyəlik hissiylə yanaşan Türkelin ləyaqətini təqdir eləyirəm.

Ata səsi ilə,  Ata nəfəsi ilə böyüyən, Ata sözünü məsum bir sevinclə özünə bayraq eləyən Ulunurun  böyüməsini təqdir eləyirəm.

İnamlının təşkilatçılıq hünərini təqdir eləyirəm.

İndi yaratdıqlarımıza yiyə durmalıyıq. Həyat çox bulanıqdır. Bu bulanıqlıqda çox adam çaşır. Ocaq elə bir ruhani mühitdir ki, O,  Ocaqçıya çaşmamaq imkanı verir. Həyat səndən öz nemətləri ilə uzaqlaşır. Amma bunun müqabilində sən ruhani nemətlərə yaxınlaşırsan.  Ölməzliyə yaxınlaşırsan, bunun qədri var, qiyməti var. Çox şeylərə sinə gərilib, bundan sonra daha çox şeylərə sinə gərməli olacağıq. Bizim ideyamızın kəsəri bizim içimizin dirəyidir. Bizim Ali sözümüzün gücü var, cazibəsi var. Nə qədər həyat sərt və dağınıq olsa da, yenə bizim cazibəmizi görməzliyə itəliyə bilmir.

Biz tam mənada bilməliyik ki, nə istəyirik. Hər mərasimdə Ocaqçı deyə bilməsə ki, o nə istəyir, onun üçün Ocaq Yolu çox çətin olacaq, keçilməz olacaq. Sözün kölgəsinə keçmədən təhlil etmək lazımdır ki, mən nə istəyirəm. Mən kiməm və nə istəyirəm?! Bunu deməsən, yenə deyirəm, dünyanın qarşısında özünü yalın görərsən, yoxsul görərsən, gücsüz görərsən. Dünya hər şeyin və hər kəsin üzərinə yeriyir. Amma sən özünə desən ki, sən kimsən və nə istəyirsən, dünya sənin üzərinə yeriyə bilməyəcək.

Nə istəyirik biz?! İnsanı ölümdən qurtarmaq istəyirik! İnsanı həqiqətə yetirmək istəyirik. Bunun üçün qaçılmaz olan İnamın bütün tələblərini yaşamaq istəyirik. İnsana mane olan, İnsanı təbii olaraq fəlakətli edən biolojiliklə üz-üzə dayanmaq və onu yenmək istəyirik. İnsan hardasa fəlakətlidir, çünki biolojiliyin çox ciddi təsiri var, həyatın çox ciddi təsiri var. İnsan təbii olaraq, mövcud olmaq uğrunda döyüşür. Mövcudiyyət onun ruhani oluşmasına əngəl olur. Birləşdirə bilmir, Ruhaniyyata tabe edə bilmir. Hansısa bir məqamda, baxır sağa, baxır sola, ətrafındakının biri olmaq istəyir. Onunla bir olmaq istəyir. Ata deyir təcrid gərəkdir. Ətraf dünyadan İçini təcrid edirsən. Amalın tələblərini ciddi öyrənməklə təcrid edirsən. Ocaqçı özündən soruşmalıdır – mən hara qədər ruhaniyyatçıyam?! Mən özümdən soruşuram. Sözdə demək olmaz ki, mən ruhaniyyatçıyam, həqiqətçiyəm. Gərək özünə deyə biləsən ki, filan məsələdə mən Ruhaniyyatçı deyiləm. Hər bir fərd özünün yaxasından tutmalıdır. İçini yaratmalısan. Ruhaniyyatın tələbləri böyükdür. Başqalarından necə fərqlənirəm? Gəlirəm, burda bayraq var, şəkillər var, başqa mühit var. Gör için  bu mühitdən nə qədər geri qalıb? Bu, Evladlaşma hadisəsinin böyük bir tələbidir. Gör sənin fərqin nə qədərdir? Nə qədər olduğunu özünə deyə bilsən, nisbi nəsnələrdən imtina etmək haqda düşünəcəksən. Özünə nə qədər ki, fərqi deyə bilmirsən, o nisbi bağlantılardan çıxa bilmirsən, imtina edə bilmirsən.

Tarixdə ayrı-ayrı ruhaniyyat adamları olub, onlar qəribə həyat yaşayıblar. Mən onları anlayıram. Məsələn, qida məsələsi, cəmiyyətdən təcrid məsələsi. Onlar özləri ilə bacarmayıblar. İstəyiblər özlərini elə tərbiyə eləsinlər. O istək, o niyyət böyük niyyətdir. Balacalığa qarşı dirəniş göstərmək üçün öz başlarına nələr açıblar. Onu axıra qədər doğru saymasam da, anlayıram. İçini tərbiyə eləməyəndə içindən deməyə nə sözün olur,  nə də gücün. Mən özümə suallar verirəm, İnsanların gözünün içinə baxıb hara qədər çağıra bilirəm?! Hara qədər Mütləqin tələblərinə uyğun yaşaya bilirəm?! Bu, bizim “nə istəyirik” sualımıza cavabdır. Adam içəridən təmizləndikcə ürək durulur. Duru ürəkdən həyata axar olur. Duyğuları tanımaq, özünü nəzarətdə saxlamaq üçün cavab istəyən suallar var. 35-ci səfər ilimizdə ən böyük səfərlərimiz içimizə olsun. Ən böyük səfər özüylədöyüşün təşkil olunmasına yönəlsin. Onda sən özünə sual qoyacaqsan, dünyanı dəyişmək iştəyirəm, düzmü eləyirəm, səhvmi eləyirəm. Sözü boğazdan yuxarı demirəm ki?! Adam gücünü artırdıqca, onda dediyi söz ona sadə gələcək, inandıracaq özünü. 35-ci ilimizin bu tələbi ilə yaşamaq arzulayıram və eyni zamanda 35-ci ilimizi xəlqi səfər ilinə çevirməliyik.

Bölgələrdə olmaq, fərdi görüşləri artırmaq. Mənimlə yox, ayrı-ayrı Amaldaşlarımız özləri ilə.

 35-ci ilimizin 3-cü səfər xətti də kitablara yönəlsin. Kitaba səfər. Atanın kitablarına səfər, Atanın buyurduğu qıraq kitablara səfər. Dünyaya ideyayla yerimək. Dünyanın içinə necə yeriyəcəksən, ayrı-ayrı fərdlərin içinə yeriməklə yeriyəcəksən. Yoxsa dünya insanın üstünə yeriyəcək və məhv edəcək…”

Göylü AtalıGöylü: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya  Ali səcdə ilə sözümə başlayıram!

Bu gün səhər yuxudan durandan çox fərəhliyəm, Yeni ilin gəlişi məni fərəhləndirir. Özümü doğrudan da yeni doğulmuş kimi hiss edirəm və doğrudan da İçimin bu halı ilə inanıram ki, Səfər ilinə layiq olacam. Uzun müddətdir ki, fikirləşirəm, Yeni il mənim içimə təzəlik gətirəcək. Amallaşmamda, xalqlaşmamda, kamilləşməmdə yenilik olacağına inanıram. İnsan çox mənada qüdrətli ola bilər, illərnən bu əməllər ortaya gəlir, bunun arxasında dayanılır. İndi Ruhani İdrak möhtəşəmliyi artmalıdır. Məktəb səviyyəli bir şey ki, arzulayıram, onun üçündür. Bu ildə onu geniş biçimdə başlamalıyıq. Əməldi, səfərdi, bunlar öz yerində, amma bu məsələ də başlamalıdır. İdrakın, mənəviyyatın dolmursa, Yol getmək istəyin də yaranmaz. Mən özümdən gözləyirəm, yaradacağıma da əminəm, buna bütün varlığımla söz verirəm.  Atamız var olsun!

Nurtəkin: Ataya səcdə ilə sözünə başlayır:

34 cü ilimiz!

34 cü ilimizi məhsuldar il hesab eləmək olar. İl başa çatanda belə bir hal yaranır ki, 35-ci il qədəm qoyur, sevinirəm ki, nə yaxşı mən varam. Ocağın tarixinə baxanda mən görürəm ki, mənim ömrümdən Ocağı çıxsam, heç nə qalmır. Ömrümü mənalı eləyən, elə Ocaqda olduğum illərdi. İl artsa da, adamlar qəmə-qüssəyə batır, mən isə sevinirəm ki, bu ildə də mən var oldum.  Burada mən öz təsdiqimi tapıram. Başqa cür mən ömrümü dəyərləndirə bilmirəm. Heç cür mən başqa şeydən fərəh ala bilmirəm, sadəcə Ocağa köklənirəm, daha çox Ataya bağlanıram. Göylünün verdiyi təklifi alqışlayıram, çünki Atanı bilsək də, bəzən onu ifadə etmək çətinliyi olur. Bir az daha sərbəst, bir az daha doğma olub fikirlərimizi ifadə edə bilərik, yardımlaşa bilərik. Ömrün ən böyük kədəri, fərəhi, gərginliyi, onun musiqi kimi qalxıb-enməsidir. Bunlar bizim ömrümüzü var eləyən məqamlardır. Biz burdakı say qədər az deyilik, mənim üçün dünya elə burdan başlayır. Ocaqdan başlayır hər şey və mən doğrudan da özümü qüdrətli sayıram. Ocaqda olduğum üçün qüdrətli sayıram. Mən daha çox zəhmət qoymalıyam təsdiq üçün. Özümü buna kökləyirəm.

Görüşdən görüntü34-cü ilimizdə çox işlərimiz olub, bu ilimizdə dayanmayan, ardıcıl olan, əsas lokomativ bizim üçün Soylu Atalıdır. 34 cü ildə Mərasimlər keçirilib, Bayramlar keçirilib, Ailə Günləri, tədbirlər keçirilib. Heç bir tədbir Soylusuz keçmir, Soylu nizamlayır, yönəldir, dəvət etdiyimiz insanları yönəltmək lazımdır, kökləmək lazımdır Ocaq sözüylə. Bunun aparılması Soylunun hünəridir, eyni zamanda çox əməllərin başa gəlməsi Soylunun hünəri sayəsində olub. Bizim isə hər bir işdə müstəqilləşməyimiz gərəkdir. Mən doğmalarıma  və özümə Ocaq əməllərində daha çox müstəqilləşmək, Ocaq üstə daha ciddi köklənmək diləyirəm.

“Atagün Eli”nə Soylunun hər dəfə səfəri, Göylü də gedib, başqa Amaldaşlarımız az gedib, ancaq bu gedişlərlə bölgədə qurma, qurulma Ocaq üçün əsaslı uğurdu.

Görüşdən görüntüÇiçək Ayında Soylunun (Günevin qatqısıyla) Günəşli kəndində görüşü olub. Şölə Ayında Soylunun Borçalıya səfəri, Marneuli rayonunda Gənclər təşkilatının rəhbərliyi ilə görüş keçirməsi, ədəbiyyatlar verməsi, əlaqə yaratması. Günevin və Elananın kəndlərə getməsi, evlərdə, ünvanlarda söhbətlər aparıb görüşlər keçirməsi, Günevin xalqlaşma uğurları–bölgədə təsdiqlənməsidir.

Eyni zamanda İnam Evinin (Məbədin) tikintisinin davam etməsi – İnamın ünvanının gerçəkləşməsi Ocaq uğurudur.

Görüşdən görüntüQürub Ayında İnam Evində Nəsimiyə həsr olunmuş Fikir Evi keçirilməsi, Ocaq baxışının yayılmasıdır. Nəsimiyə, Nəsimiliyə Ata gözü ilə baxmaq – həqiqi qiymətini verməkdir. Soylu da bu yöndən fikirlərini dedi, sualları cavabalndırdı. Tədbir internet TV-lərdə, mətbuatda öz əksini tapdı.

Qürub Ayında Yasin Türksoyun babasına yas törəni keçirilməsi, Ocağın Yas kurallarının tətbiq olunması, kuralların xalqlaşmasıdır. Eləcə də bu İnamçı qardaşımızın kitabxanalarda Ata guşəsi yaratmaq üçün çalışmaları Ocaq uğuru ilə yanaşı, həm də onun ömrünün Ocağa bağlanmasıdır.

 Görüşdən görüntüYağış Ayında İnamlının təşkilatçılığı ilə Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı 6 saylı qəsəbənin klubunda Soylu Atalı ilə görüş keçirilib.

30 Yağış Ayında 7 saylı və 9 saylı Qəsəbələrin orta məktəblərində Soylu Atalı görüş keçirib.

Yağış Ayı İnam Evində Kərküklü aydınlarla görüş oldu, onlar özləri ilə Ocaq ədəbiyyatları apardılar.

Kərküklü aydınlarla görüş10 Sərt Ayında İnamlının təşkilatçılığı ilə “Bakı Rabitə Kolleci”ndə və Yasamal rayonunda Cəbrayıl rayonu Dirili Qurbani adına məktəbdə müəllimlərlə və direktorla görüş keçirilib.

16 Qar Ayı Göylünün təşkilatçılığı ilə 86 saylı Bakı şəhər məktəbində, İnamlının təşkilatçılığı ilə 17 saylı Laçın rayonu orta məktəbdə Soylu görüş keçirib.

Görüşdən görüntüSərt və Qar Aylarında İnam Evində Soylunun bir neçə dəfə qrup-qrup gənclərlə görüşü olub.

 26 Sərt Ayı əslən Güneyli hərəkat adamı H. Türkelli ilə İnam Evində söhbət olub, ədəbiyyat verilib.

Görüşdən görüntü İnam Evində “Türkel Araşdırma Qurumu”nun çoxsaylı maarifçi toplantıları olub. Hər dəfə yeni gənclər söhbətlərə qatılıb. Bu söhbətlərin yazılması, gerçəkləşəndən sonra kitablaşması, redaktəsi Soylunun, Göylünün ağır zəhmətləri hesabına başa gəlib. Mərasimlərin, Ailə Günlərinin  kitablaşması, onların oxunması, redaktəsi, yayımlanması –bunlar zaman və gərgin işləmək hesabına yaranıb. “Ata səsi” kitabının əmələ gəlməsi də həmçinin. “Səs”in kitablaşmasında  Ocaqçıların əməyi olsa da,  bu, texniki baxımdan Göylünün, hazırlanma, ərsəyə gəlmə baxımından Soylunun əməyidir.

Görüşdən görüntüAtanın, Soylunun yazılarının çap olunması Göylünün ardıcıl mətbuatla işləməsi hesabına başa gəlib.

Qar Ayında Ankaradan və İsveçrədən Bakıya gəlmiş Güneyli fəallar – Arif Kəskin və Səttar Sevigin İnam Evində olublar. Soylu Atalı ilə aralarında geniş müzakirələr olub. Özləri ilə Ocaq ədəbiyyatları götürüblər. Sonradan Səttar bəy “Beşikbaşı Mərasimi”nə də qatıldı.

2013-02-04 17.48.26Bu ilimizdə 35-ci ilin təqviminin hazırlanması, saytlarımızla işləmə, Göylünün təşkilatçılığı ilə internet televiziyayla işləmə, Soyludan müsahibə götürmələri və yayımlamaları. Bunlar hamısı ciddi Ocaq əməlləridir. Cəmiyyətə baxdığımızda, müxtəlif hadisələrlə qarşılaşdığımızda görürük ki,  adamlarda siyasi baxış formalaşıb, ruhani baxış formalaşmayıb. Bunu Ocaq qoyur ortaya. Ata ölçüsü ilə baxmaq istəyirəm  gələcəyə, Ocaq meyarları ilə yanaşmaq istəyirəm. Həm öz gələcəyimə, həm də millətimin gələcəyinə Ata ölçüsü ilə baxa bilim. Bu zərurəti hiss edirəm, sadəcə onu hərtərəfli gerçəkləşdirmək məsuliyyətimi artırmalıyam.

Beləliklə, 34-cü ilin Ocaq əməllərinin yadıma düşən çalarlarını sizə təqdim elədim. Ancaq bu işlər təqdim olunandan daha çox olub. Özəllikcə gənclərin Ocağa meyli, marağı genişləndiyindən Soylu Atalı onlarla demək olar ki, həftədə 3 dəfə görüşlər keçirir.

Ocaqda çox ədəbiyyatlar yaradıb paylamışıq. O cümlədən yeni biçim – “Ailə kitabı” biçimi əmələ gəldi. Ancaq görəcəyimiz işlər daha çoxdur.

 Üstün AtalıÜstün: Ataya səcdə ilə sözünə başladı:

“Yeni İlimiz kutlu olsun hamımıza!

Yeni ildə yeni uğurlar!

Hər bir ilimiz İnama çağırış ili olub, ona görə də hər bir ilimiz fərəhli olub. Bu 34 ildə neçə-neçə görüşlərimiz, tədbirlərimiz olub, Nurtəkin onlardan yalnız bir hissəsini dedi. Ocaq neçə-neçə qəlblərin qapısını döydü. Ocaq heç kimin demədiyi və deyə bilmədiyi həqiqətləri deyib. Cəmiyyət xilası inqilabda görəndə–Ocaq insanda görüb. Cəmiyyət xilası pulçuluqda görəndə – Ocaq fədakarlıqda görüb. Cəmiyyət xilası varidatda görəndə – Ocaq  İnsanilikdə görüb. Ocağa bağlandığım üçün, Ocaqda olduğum üçün xoşbəxtəm. Doğmalarımla bir olduğum üçün fərəhliyəm…

Türkel AtalıTürkel: Ataya səcdə ilə Bayrağı öpür.

Son vaxtlar hiss edirəm ki, içim, halım zənginləşməyə doğru gedir. Bu yüksək halı sözlə ifadə etmək istəyəndə görürəm ki, çətinlik çəkirəm. Başa düşürəm ki, bu mütaliədən asılıdır. Sözsüz deyiləm, amma cilalanmağa ehtiyacım var. Bunun üçün çox işləməliyəm. İnanıram ki, ehtiyacım yaşamıma çevriləcək.

Ocaqda 12 illik ömrüm var, qorumaq üçün ruhani yaşamaq gərək. Mən özümü yetirməliyəm, insani hala yetməliyəm.

Ocağın Böyüklüyü, Müqəddəsliyi həm də ondadır ki, az bir zamanda zamana sığmayan hünərləri, əməlləri ortaya qoyur. Həyatda qeyd olunan yeni illərə, yaşanan ömürlərə böyük mənada heç bir yenilik gəlmir.

Həyatda yaşamaq–paralanmaq, parçalanmaq.

Ocaqda yaşamaq –   bütövləşmək.

Həyatiliyi yaşatmaq – məhdudlaşmaq, özündən ayrılmaq. Ocağı Yaşatmaq – Ölməzliyini yaratmaq, Mütləqə qovuşmaq.

Atanın, Ocaq Yükümlüsünün ömründən öyrənib, Özünəməxsus şəkildə böyümək olar. Həyatdan öyrənib “özünəməxsus” şəkildə tükənmək.

Mənə 34-cü ildə fərəh verən məqamlardan biri, sonuncu Ailə Günündə Nurtəkin bacının mənim Ocaqçı ömrümü təhlil edib söz deməsi oldu. Ailə Gününü yazıya alıram, o hissəyə gələndə gördüm ki, nə qədər uca bir hal, məqam var idi. Bir var məni həyatdan kimsə dəyərləndirə, bir də var tədbirdə Amaldaşımın söz deməsi, o artıq mən deyən sözdür, mənim ömrümü deyən sözdür. Mənim üçün ondan böyük hədiyyə ola bilməz.

Son düşüncələrim, əməli yöndən işimi artırmaq. Elə eləməliyəm ki, həyat mənim üçün bəhanə olmasın. Fikirləşirəm ki, mən Ocaq yaşamımı həyatın içində görürəm. Ona görə də Ocağa bağlılığımı tam ifadə eləyə bilmirəm. Bir var ömrün tam Ocaq üstə ola, onda hər şey öz həllini tapır…

 Bu gün çox fərəhliyəm, hər birimizin fərəhi burada qovuşur və uca bir hal yaranır.

Ulusəs AtalıUlusəs: Ataya səcdə ilə Bayrağı öpür: “Hamının   Yeni İl bayramını təbrik edirəm.  Ocağın hər bir bayramı özünün mənası ilə fərqlənir, sabahı ilə fərqlənir. Hər bir tədbir sabaha çıxışı ilə möhtəşəmdir. Yeni il mərasimində biz bir ilin hesabatını veririk.

Asif Ata deyir, mərasimdə Evlad Ata haqqında söz deməlidir. Ata bunun çətinliyini çox gözəl bilirdi. Eyni zamanda  “Ata haqqqında söz deməyi” vurğu edirdi. Ata haqqında söz demək Evladdan cəsarət, hünər tələb edirdi. Ata haqda söz demək, Evladın Mütləqə, Amala münasibəti demək idi. Ata haqda söz demək – Böyüklüyü, ucalığı  ifadə etmək idi; Amalı, Böyük olanı ifadə etmək onu tanımaq anlamına gəlirdi.

Mən Atanın İstəyindəki mənanı anlayıram. Bu, qiymət verənin özünün böyüməsini göstərən əlamətdir.

“Mütləqə İnam” dünyanın ruhani xilası məsələsidir –İnsanlaşmaq yolu ilə. Böyüklük danılıb, böyüklər unudulub. Uydurulmuş kiçiklər dünyanı idarə eləyir.

Bütün bunları ona görə deyirəm ki, Atadan gələn bu üsulu davam edək (Ata haqda söz demək “Ata Günü” mərasimində həyata keçirilirdi). Mən indi “Yeni il” mərasimində Soylu Atalı haqqında bir neçə kəlmə söz demək istəyirəm. Çünki bu gün biz Soylu deyərək ayaqda qalmışıq. Biz Soylunun cazibəsi sayəsində Ataya – Ocağa bağlıyıq; biz Soylunun yanında olmaqla Mütləqə İnama gedən yola düşə bilmişik. Soylu bizə özünü sırımadı, Atanı verdi. Onun ləyaqəti illərnən gözümüzün qabağındadır. Qısqanclığın, paxıllığın hücumları onu dayandıra bilmir.

Onu da deyim ki, Soylu ilə yol getmək çox çətindir, Atayla olduğu kimi. Atanın sözlərini xatırlayaq: “Ocaqda bir nəfər qalsa belə, Ocaq yaşayacaq!” (O, bir nəfər deyəndə özünü nəzərdə tuturdu).

Atanın ölümündən sonrakı dönəm Ocağın Soylu dönəmidir. Atanın xəttini Soylu yaşadıb bu günə gətirdi. Ocağın tarixinə baxan hər kəs bunun şahididir. Bu, bir həqiqətdir, Soylu olmasaydı Ocaq dayanacaqdı. Ocaqdan gedənlərin arada-bərədə Ocaq təəssübçülüyü eləməsi gələcəkli münasibət deyil. Bu məsələdə ciddi dərinliklər var. Hər kəs bu məsələni ləyaqətlə təhlil edib nəticə çıxarmalıdır. Heç bir addım ictimai populizmə hesablana bilməz.

 Mən özümün Soylu ilə bağlı irəliləyişimə aydınlıq gətirmək istəyirəm. Mənim üçün mənzərə belədir: Soylu, özünün dediyi kimi, Atanın “Mütləqə İnam Yolunun başlanğıcı”na gəlib çatıb. Başqalarının da bu yola çatmağına can atır, əl uzadır, kimləri isə hətta itələyir (Soylunun bir sözü var dəhmərləmək).

Kimlərsə onun əlini tuta bilmədi, sözüm onlarda deyil. Sözüm onun əlindən tutub, irəli getmək istəyənlərdədir. Konkret olaraq mənim.

Hətta istək, həvəs Soylu ilə yol getməyin çətinliyini azaltmır.

 Çətinlik Soylunun güzəştsiz davranışından irəli gəlir (bu yerdə Soylu elə bil Atanı təkrar edir). Bu, yolun tələbinə uyğun gedişlərin eynidir. Soylu da Ata kimi Ocaqçını sevir, sonsuz səbrlə yanaşır onun anlamsızlıqlarına.  Ancaq uzun müddət Ocaqda olub yerində saymağı qəbul etmir.

Mənim Soylu ilə davranışlarımda çox mürəkkəb anlar yaşanıb. Həttə o dərəcəyə çatıb ki, mən Soyludan qaçırdım, görüş müddətini uzadır, ara verirdim görüşlərə, ancaq məni çağıran kimi yanına qaçaraq gəlirdim. Soylu isə fərqlidir. Soylu özünə sadiq, yoluna sadiq, münasibətdə fasiləsiz, ardıcıl, şəxsiyyətdir. Münasibətə adi baxmır, fərdi böyütmə yolu tutur.

Soylu ilə yol getmək hər adamın işi deyil. Yol gemək çətin, ara saxlamaq ondan da ağırdır. Ara saxlamaq Yolundan geriyə qalmaqdır (xilas olaraq qəbul etdiyin, sadiq olacağına and içdiyin Yolundan). Sonda (obrazlı desək) geridə qaldığın məsafəni yüyürərək getməli olacağını anlayırsan. Əgər doğrudan da Amala bağlısansa.

Bir şey mənə səma kimi, günəş kimi aydındır: Bu gün (Atanın ölümündən sonra) Ocaq kimi böyük bir hadisəni Soylu yaşadır, Ocağın cazibəsini Soylu yaradır, mənim Soylu-Soylu deməyimdə qeyri-adi bir şey yoxdu. Soylu deməyim bəs kimi deyim? Axı Mütləqə İnama gedən bir yol var. Onun da yiyəsi Soyludur. Başqa Yol (yolsuzluq) mənə lazım deyil. Başqa yol həqiqətsizlik yoludur.

Mən gücsüzəm, mən idraksızam, mən iradəsizəmsə gec-tez Soyludan ayrı düşəcəyəm (düşənlərdən biri olacağam).

 İki il bundan öncə mən ilk dəfə Soylu haqda söz deməli oldum. Mən deyə bilərəm, məsələn, minlərlə iş sadalaya bilərəm, Soylu bu işi gördü, o biri işi gördü. Ancaq Onun mənəvi, idraki qüdrəti bu deyilənlərdən çox yüksəkdədir. Soylunu görə bilmək lazımdır. İndi əminliklə deyə bilərəm ki, mən Onu xeyli dərəcədə görürəm! Soylunun özünü görməsi isə daha əsaslıdır. O, özünü aldatmır, o, özünü qurur.

 Bu, mənim “Yeni il” mərasiminə hesabatımdır. Atanın ruhani hüzurunda fəxrlə deyəcəyim izharım kimi qəbul olunacağına əminəm. Mən Soylu haqda deyirəm: O, hər an, hər dəqiqə böyüyür, hər atdığı addımla sürətlə ucalır. Bu aksiomdur. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə, bunu görməkdir. Bu, insanlaşmanın yerişidir”.

Bundan sonra Soylu Atalı bugünün gedişatını təhlil edib Ocağın baxışını ifadə elədi və sonuncu bir yazısını oxudu.

2013-03-01-16_30_38-500x375Mərasimə hədiyyələr – Nurtəkinin hazırladığı 34-cü ilin görüntü diskləri və 34-cü ilin Mərasim və Bayramlar kitabı, Göylünün hazırladığı Mərasimlər albomu təqdim edildi.

Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü ilə paylandı.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsi ilə Mərasim sona yetdi.

Günəş Ayı, 35-il. Atakənd.

AAO

One thought on “Mütləqə İnam OcağınınYeni İl Mərasimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir