Xəbərlər

Nurtəkin Atalı (ağı üstə)

Buraxma əlimi.
Əlimi buraxsan, zaman girər aramıza,
Unutdurar, bizi
yadlaşdırar sevdalı anlarımıza.
Soyuqluq gətirər əllərimizə.
Əlimi buraxsan, Yadlar girər aramıza
uzaqlaşarsan,
Yadlara qarışarsan.
Gözlərim arayar, axtarar boyunu,
Tapmazsa,
qapayar gözlərimi
Sənsizlikdən doğan,
Leysana bənzəyən göz yaşlarım.
…Ruzgar əsir,
deyəsən ruhuma sərinlik gətirir.
Elə bil həsrət yağışı girir aramıza.
Aramızda sınır olmaq üçün
hər şey toparlanıb
məqam gözləyir.
Əllərim havada qalar,
Ürəyim həsrətdə.
Diləyim səndə.
Gözlərim yolları ölçər hər gün.
Gətir diləyimi desəm
gələcəksənmi?
Gətir ki, əlim əlinə qovuşsun,
ürəyim həsrət odundan sovuşsun.
Ruhum ruhunda görsün özünü,
dinləsin sevgimin sözünü.
Nə zamanı saysın, nə də məkanı.
Heç nəyə baxmasın,
Aramızda heç nə olmasın.
Sevinc nəğmələri
Sevindirsin ürəklərimizi.
Böyüsün,
ikimizdə bircə ürək döyünsün…
Eşidirsənmi?! –
Hay ver mənə.
Hayına möhtacam,
Sevdalı bacım.
Səninlə doğulub
Könül amacım…

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir