Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Nurtəkin Atalının evinə “Qutsal Bitiqlərin
Götürülməsi Törəni”nin
Gediş Yazısı
İlsıra: 24 Günəş Ayı, 39-cu il;
Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi);
Çağ: 15-00.
- Törən odası Ocaq ruhuna uyğun biçimdə hazırlanır: stol üstündə çiçəklər, qələm-kağız, simgəsəl məşəl (şamlar), çəkiliş nəsnələri. İşə sorumlu: Nurtəkin, Güntay.
- Törən – “İnsan soluğlu, Bəşər Yönümlü Ata Ruhuna tapınırıq!” çağırışı ilə başlanır.
- “Ataya Günorta Ricası”, “Təbiətdəki Mütləqlə Gündüz Təması” deyilir – Göylü, Güntay.
Ocaq Yükümlüsünün Törən sözü dinlənilir.
- Göylü, Nurtəkin Bitiqləri odaya gətirib söz deyirlər. Sonra Soylu Atalı Bitiqləri, adlarını deməklə, bir-bir Nurtəkinə sunur.
- Ocaqçılar, başqa qatlımçılar qutlama sözü deyirlər.
- Törən Ataya səcdə ilə başa çatır.
Günün carı:
Qutsal Bitiqlərimizin ünvanlaşması – Yurdumuzun Ocaqlaşması!
Gediş Yazısını yazdı: Soylu Atalı.
23 Günəş Ayı, 39-cu il. Atakənd.