Xəbərlər

Ocağın arxivyaratma örnəyi

20140903_120136Ocağın arxivyaratma örnəyi

Mütləqə İnam Ocağının gördüyü işlər sırasında müqəddəsatyaratma (arxivyaratma) əməli daha sistemli və dəqiq həyata keçirilir. Asif Atanın – Ocaqla bağlı ən sadə görünən əməlin belə, qorunub sabaha çatdırılması ilə bağlı tələbi var. Onun sağlığında Ocaq mərasimləri, keçirdiyi görüşlər əsasən lentlərə yazılırdı. Bunlar da ən çox səs yazılarından ibarət olurdu. Ata Dönəmindən qalan görüntü lentləri o qədər də çox deyil…

Bütün bu yazılmış lentləri adi ev şəraitində qorumaq olduqca çətindir. İllər keçdikcə köhnəlib sıradan çıxa bilir. Ona görə də 70-dən çox hər biri 4-6 saatlıq tutumu olan səs lentlərini, eləcə də onlarca 30-45 dəqiqəlik tutumu olan yazılı kassetləri “Dövlət səs arxivi”nə təhvil verdik. Bunların içərisində 40-50 ədəd səs kassetləri səsdən sözə çevrilmiş və kitablaşdırılmışdır. Ümumən səsdən sözə çevirmə əməlləri ilə Ocağın Ata Dönəmini, eləcə də ondan sonrakı dönəmi əhatə edən bir sıra kitabları əmələ gəlmişdir. Asif Atanın görüşlərdəki və mərasimlərdəki çıxışlarını əhatə edən “Ata Səsi” kitabı mükəmməl biçimdə hazırlanıb cildlənmişdir. Bundan başqa “Mərasimlər kitabı”, “Ailə kitabı” biçimində onlarca kitab hazırlanıb cildlənmişdir. Bu işin də əsas kütləsi Göylü Atalının üzərinə düşmüşdür.

Asif Atanın, Onun Ocağının gördüyü işlər fotolarda da öz əksini tapıb. Bu fotolar Ocaq müqəddəsatının əsas örnəklərindən biri kimi qorunub saxlanılır. Bu günlərdə Ocağımızın fədakar Evladı Güntay Atalı ruhani fəaliyyətimizin Ata Dönəmini və ondan sonrakı dönəmi əhatə edən 200-ə qədər fotolenti elektron varianta çevirtdirmişdir. Məqsəd Ocaqla bağlı dəyərli faktları qoruyub sabaha çatdırmaqdır. Qeyd edək ki, Ocaq əməllərinin fotolarda əksi rəqəmsal çəkilişin ortaya çıxmasına qədər lentlərdə qorunub saxlanılırdı.

Bu lentlərin bir qismi Asif Atanın mərasimlərdə və görüşlərdə çəkilmiş fotolarıdır, qalanlar isə onun ölümündən sonra Ocağın fəaliyyətini əks etdirən fotolardır. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının Azərbaycanın 40-dan çox rayonlarında, Bakıda, Sumqayıtda, Bakıətrafı kəndlərdə keçirdiyi çoxsaylı görüşləri, Ocaq mərasimlərini nizamlaması, fərdi görüşləri bu fotolarda əks olunubdur.

Bu fotoların heç biri xatirə üçün pozalarla çəkilməmişdir, hamısı ruhani əməllərin xarakterini ifadə edir. Yeni İnamın gəlişi, ruhani mübarizəsi nümayiş deyil, əməl-yaşam örnəyidir. Burada təqdim elədiklərimizdən də milli-insani örnək kimi bəhs edirik.

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

Ata Ayı, 36-cı il.

(sentyabr, 2014.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir