Asif Atanın Mütləqə İnam Ocağının Evladları bölgələrə ardıcıl səfərlər edirlər. Hər səfərdə milli varolmanın yöntəmləri, Asif Atanın ruhsal kimliyi, inamı, dünyabaxışı yönündə söhbətlər olur, insanları düşündürən sorulara cavablar verilir. Yurdumuzda özünəyadlaşma yaradan düşüncələrin qarşısını almaq gərəkir. Bunun üçün insanlarımızla canlı ünsiyyətlər qurub milli-insani yön yaratmağa çalışırıq. Bu səfərlərimizin hədəfi odur.
Bu günlərdə Nurtəkin Atalı Ocaqdostu Yasin Türksoyla birgə yeni bölgələrə səfər etmişlər. Kitab evinə Asif Atanın, Ocaqçıların kitablarından bağışlamışlar. Bundan başqa Mədəniyyət mərkəzində, tarix-diyarşünaslıq muzeyində, musiqi məktəbində olmuş, söhbətlər aparmış, Ocaq ədəbiyyatı bağışlamışlar.
Hər səfər bizi xalqa, özümüzə daha da yaxınlaşdırır, doğmalaşdırır. Sorumluluq duyğusu aşılayır. Etməli olduğumuza, edəcəklərimizə doğru aparır. Yaşadığımız Amalı yaşatmağın fərəhini bölüşmək duyğusunu artırır…
Mütləqə İnam Ocağı