Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 13 Şölə Ayı, 46-cı ildə (iyun,2024) Qutsal “Xəlqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir, onların adını Ocağımızda əbədiləşdiririk. Ocağımızın 46-cı ilində “Xəlqilik” Bayramı keçiririk. – Biz əslində tədbirlərlə həm Ocağı yaşadırıq, həm də özümüzü […]
Faciə Konsepsiyası (V.Şekspirin “Hamlet” əsəri üstə düşüncələr
İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda […]
Asif Ata. İnsan Çirkinliyi
Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl.Həsəd yanğısı. Fitnə yanğısı.Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci.Azğın sevinci.Quyu qazanlar. Tələ quranlar.Haramlıq harınlığı. Zalımlıq harınlığı.Xəyanət harınlığı. Qəbahət harınlığı.İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək.Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək.Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi.Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti.Sürünmək məharəti. Əyilən başlar. Titrəyən dizlər.Aldanan üzlər.Həya azadlığı. Riya azadlığı.Yalan azadlığı. Böhtan azadlığı.Canavar məharəti. […]
Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək
(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz) Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə […]
“Ata Sonevini Ziyarət Günü” Törəni
Ocaq Günsırası ilə Asif Atanın Mütləqə İnam Ocağı Şölə Ayı, 46-cı ildə (iyun, 2024) Ağstafada “Asif Ata Sonevinin Ziyarəti” Törənini keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözünə başladı: Zaman-zaman Ağstafaya səfərimiz, gəlişimiz bizim özümüz üçün yön yaradıb. Bir çağlar Atanın üz qoyduğu ilk torpaq kimi Amal bağındakı torpağı düşünürdük, […]
Soylu Atalı. Ruh – İntellekt
xxx Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. […]