Xəbərlər

Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək

 Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da […]

Xəbərlər

Qutsal “İnam Evi Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Yağış Ayı, 46-cı ildə (noyabr,2024) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: İnam Evi Günü ilə bağlı düşüncələrimizi bölüşək. Əslində çağımıza qədər İnam Evi Günü deyə bir məzmun olmayıb. Belə götürəndə, […]

Xəbərlər

Asif Ata. İnsan Sığmazlığı

Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.Səcdə izzətə sığmır.Siqlət xislətə sığmır.Qanad göylərə sığmır.Ayaq yerlərə sığmır.Məslək həvəsə sığmır.Qeyrət qorxuya sığmır.Məna sözlərə sığmır.Fikir yazıya sığmır.Hicran kədərə sığmır.Vüsal sevincə sığmır.Dahi zamana sığmır.İgid cürətə sığmır.Ölmək şöhrətə sığmır.Xəyal  gerçəyə sığmır.Hünər zəfərə sığmır.Ehtizaz hissə sığmır.Vicdan ölçüyə sığmır.Cürət zindana sığmır.Ehtişama sığmayan möhtəşəmlik.Dəbdəbəyə sığmayan […]

Xəbərlər

Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 46-cı iliQutsal “Ailə Günü” TörənininGediş Yazısı Təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.Hamı: “Ocaq Ailəsi – Özümləşmə ünvanı!” deyir. Törən quralları yerinə yetirilir.  Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir. Törən qonuları: Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur. “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən […]

Xəbərlər

Qutsal “Ata Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 25 Ata Ayı, 46-cı ildə (sentyabr,2026) Qutsal “Ata Günü” Törənini keçirdi.Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir,– ölənlərimizin adına ayağa dururuq.Həm Gün`ümüzün özəlliyi haqqında, həm də Ata haqqında söz demək istəyirəm. […]

Xəbərlər

Soylu Atalı. Var olmağı istəmək gərəkdir

(Amaldaşlarla dialoq silsiləsindən) … Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq […]