Xəbərlər

Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Ata – Ocaq İlsırasının 40-cı ili

Qutsal “Ailə Günü” Törəninin
Gediş Yazısı

Gün: 6 Köçəri Ayı,  Dözüm Günü; 

Yer: Soylu Atalının evi (Saray-Soylu); 

Çağ: saat 14-00.

Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir. Evladlar səcdə duruşunda.
“Ata Harayları” səsləndirilir.

Hamı: “Ailəçi olmaqAtalı olmaq demək!”– deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Ulusəs,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh Üstə” İçsözünü – Nurtəkin deyir.

Ocaq Yükümlüsü Soylu Atalının
Törənə açılış sözü dinlənilir.

Törən qonuları:
1) Ailə Yükümlüləri Ailənin illik uğurlarını dəyərləndirirlər.
2) Ailəçinin yolu – Doğmalıqdan başlanan Kamillik Yoludur!

Törənə Ruhsal bağışlanmalar sunulur.

Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                     Carlar:
Ailəçi olmaq – Atalı olmaq demək!
Ailəçinin Yolu – Doğmalıqdan başlanan Kamillik Yolu!

Gediş Yazısını yazdı: Ulusəs Atalı.

1 Köçəri Ayı, 40-cı il. Atakənd.

Qəbul olunur.

Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı

3 Köçəri Ayı, 40-cı il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir