Xəbərlər

Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Ata – Ocaq İlsırasının 41-c1 ili

Qutsal “Ailə Günü” Törəninin
Gediş Yazısı

Gün: 6 Köçəri Ayı,  Mərhəm Günü;
Yer: Soylu Atalının evi (Saray-Soylu);
Çağ: saat 14-00.

Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir. Evladlar səcdə duruşunda.
Hamı: Ata Ailəsi – Ruhsal Quruculuq ünvanı!” – deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh Üstə” İçsözünü – Nurtəkin deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Törənə açılış sözü dinlənilir.

Törən qonuları:
1) Ailə Yükümlüləri Ailənin illik uğurlarını dəyərləndirirlər.
2) Ailələşmə – Özüylədöyüş tələbidir.

Törənə Ruhsal bağışlanmalar sunulur.

Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                            Carlar:

Ata Ailəsi – Ruhsal Quruculuq ünvanı!
Ailələşmə – Özüylədöyüş tələbidir!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
5 Köçəri Ayı, 41-ci il. Atakənd.

Qəbul olunur.

Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı

5 Köçəri Ayı, 41-c1 il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir