Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “Ata Günü” Mərasiminin Gedişatı
Yer: İnam Evi; Gün: 25 Ata Ayı, Mərhəm Günü; Başlanır: saat 14:00
Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Üstün və Göylüdür.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.Hamı: “Atam – Mütləqim! İçimə işıq kimi doldun – Dünyanı tanıdım!” – deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
- “Ataya Günorta Ricası”nı – Göylü,
- “Ruh üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü dinlənilir.
Mərasim qonuları: 1. Atanın ömrü – şəxsiyyəti, milliliyi, bəşəriliyi haqqında söz deyilir. 2. Ata – Evlad vəhdəti xalq yaratma yoludur.
- Mərasimə Ruhani hədiyyələr təqdim olunur.
- Evladlıq Nişanələri Yol sözü ilə Ocaq Yükümlüsü tərəfindən Ocaqçılara verilir.
v “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə mərasim başa çatır.
Carlar:
- Atam – Mütləqim! İçimə İşıq kimi doldun – Dünyanı tanıdım!
- Mütləqə İnam – ömrümüzə düşən gələcəkli səadət işığı!
Gedişatı yazdı: Göylü Atalı 19 Ata Ayı, 36- il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı Mütləqə İnam Ocağının Yükümlüsü
20 Ata Ayı, 36-cı il. Saray-Soylu.