Xəbərlər

Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 39-cu ili

 Qutsal “Ata Günü” Törəninin
Gediş Yazısı

İlsıra: 25 Ata Ayı;
Yer: Soylu Atalının Evi (Saray-Soylu qəsəbəsi);
Çağ: 14.00.

  • Törən Odası Ocaq ruhunda hazırlanır.  Hazırlığa sorumlu Nurtəkin, Güntay Atalılardır.
    Törənin başlanmasına 5 dəqiqiə qalmış “Ata Harayları” səsləndirilir.

 Hamı: “Ruhsal Aqibətimizi quran Ata Ömrü mübarək!” deyir.

  •  “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,“Ataya Günorta Ricası”nı – Güntay,

“Ruh Üstə” İçsəsini Üstün söyləyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.

 Törənin qonuları:

  1. Ata İnamı – bəşərə varlığını aydınladan Qutsal Yolumuzdur!
  2. Atalı olmaq fərəhini necə yaşayıram?
  • Törənə ruhsal hədiyyələr sunulur.
  • Evladlıq Nişanələrini Yol sözü ilə Ocaq Yükümülüsü Ocaqçılara verir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

                               Carlar:

  1. Ruhsal Aqibətimizi quran Ata Ömrü mübarək!
  2. Ata Yolu – Milli-ruhsal kimliyimizə qovuşduran İşıq!

 Gedişi yazdı: Göylü Atalı.
19 Ata  Ayı, 39-cu il. Atakənd.

Qəbul olunur.

Soylu Atalı. Mütləqə İnam Ocağının Yükümlüsü.

20 Ata Ayı, 39-cu il. Saray-S.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir