Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 44-cü ili
Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı
Yer: İnamlı Atalının yaşadığı ev (Hövsan);
Gün: 25 Ata Ayı;
Vaxt: 14:00.
- Törən odası Ocaq Ruhunda hazırlanır. Təşkilatca sorumlu İnamlı, Nurtəkin Atalılardır.
- Hamı: “Atalıyıq – Amallıyıq – Fərəh Yolçularıyıq!” – deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – Göylü, “Ruh Üstə” İçsəsini – Nurtəkin Atalılar deyir.
Ocaq Yükümlüsü Soylu Atalının törənə giriş sözü dinlənilir.
Törən qonuları:
- Atalı ömrün dəyəri
- Ömrüm İnamın tələblərinə cavab verirmi?
Törənə ruhsal bağışlanmalar sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.
Gün`ün Carı:
Ata Amalı – Xalqın Ruhsal Sabahı!
Gediş yazısını yazdı: Göylü Atalı.
20 Ata Ayı, 44-cü il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
20 Ata Ayı, 44-cü il. Saray-Soylu.