Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 45-ci ili
Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı
Yer: Nurtəkin Atalının evi;
Gün: 25 Ata Ayı;
Vaxt: 12:00.
- Törən odası Ocaq Ruhunda hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır.
- Hamı: “Ata İnamı – Sabahlı Aqibətimiz!” – deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, “Ataya Günorta Ricası”nı – İnamlı, “Ruh Üstə” İçsəsini – Nurtəkin Atalılar deyir.
Ocaq Yükümlüsü Soylu Atalının törənə giriş sözü dinlənilir.
Törən qonuları:
- İnamla yaşamaq həyata baxışımı necə etkiləyir?
- Ruhumu özgürlüyə qovuşduran əməllərim, özüylədöyüşüm.
- Törənə ruhsal bağışlanmalar sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.
Günün Carı:
Mütləqə İnam – Özgürlüyə qovuşan ömür!
Gediş yazısını yazdı: Göytəkin Atalı.
18 Ata Ayı, 45-ci il. Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
18 Ata Ayı, 45-ci il.Saray-Soylu.