Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 38-ci ili
Qutsal “Ata Günü” Törəninin
Gediş Yazısı
Yer: İnam Evi;
Gün: 25 Ata Ayı, İnam Günü;
Başlanır: saat 15:00
Tədbir keçiriləcək oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü Atalıdır.
Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
Hamı: “Ata Yolu – Sabahlı olmaq Yolçuluğu!” – deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
- “Ataya Günorta Ricası”nı – Güntay,
- “Ruh üstə” içsəsini – Üstün
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
- Atanın ömrü – şəxsiyyəti, milliliyi, bəşəriliyi haqqında söz deyilir.
- Ocaqda qurulan ömür qutsallaşır.
- Törənə Ruhsal hədiyyələr sunulur.
- Evladlıq Nişanələrini, Yol sözü ilə, Ocaq Yükümlüsü Ocaqçılara verilir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.
Carlar:
- Ata Yolu – Sabahlı Olmaq yolçuluğu!
- Elə Ömür yaşayaq – İşıq düşsün ömürlərə!
Gediş yazısını yazdı: Nurtəkin Atalı
20 Ata Ayı, 38-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
20 Ata Ayı, 38-ci il. Saray-Soylu.