Xəbərlər

Qutsal “Ata Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 Ata – Ocaq ilsırasının 40-cı ili
Qutsal “Ata Günü” Törəninin
Gediş Yazısı

 Yer: Saray-Soylu (Soylu Atalının evi);
Gün: 25 Ata Ayı;
Vaxt: saat 18-30.

  • Törən odası Ocaq ruhunda hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.
  • Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.

Hamı: “Ata ilə ruhsal görüş – Mütləqə qovuşduran yol!”- deyir.

  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı- Güntay, “Ataya Günorta Ricası”nı- Ulusəs, “Ruh Üstə İçsəsi”ni- Nurtəkin deyir.

Ocaq Yükümlüsü Soylu Atalının törən sözü dinlənilir.

Törən qonuları:

  • Atanın ömrü, ideyası, işi haqqında söz deyilir.
  • Ata- Evlad birliyini möhkəmlədən münasibətlərin məzmunu izhar edilir.
  • Törənə ruhsal hədiyyələr sunulur.
  • Evladlıq Nişanələrini Yol sözü ilə Ocaq Yükümlüsü Ocaqçılara verir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”səcdəsiylə törən başa çatır.

 

                                                   Carlar:

 “Ata Günü” Törənib – Ataya səcdə ucalığıdır!

Ataya səcdə – Atada özünü tapmaqdır!

Gediş Yazısını yazdı: Türkel Atalı

19 Ata Ayı, 40-cı il. Saray-Soylu.

 Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

 19 Ata Ayı, 40-cı il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir