Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Bəşərilik” Bayramının
Gediş Yazısı
Gün: 12 Sərt Ayı, 46-cı il.
Başlanır: 15:00
Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı,
- “Ataya Günorta Ricası”nı – Göytəkin Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
Bayram qonuları:
- Xəlqiliyi qorumaq – Bəşəriliyi qorumaqdır.
- Bəşərin sabahına təhlükə yaradan nədənlərə qarşı necə durmalı?
“Bəşərilik Şərqisi”ni – Nurtəkin,
“Bəşərilik üstə Mütləqlə Təması” – İnamlı Atalı deyir.
Ocaq Yükümlüsü Ata hökmünü çatdırır: “Bəşərləşin – Bəşərləşdirin!”
Hamı: “Bəşərə and olsun, Bəşəriliyə qulluq edəcəyəm!” deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.
Car:
Xəlqi dəyərlər – Bəşəriliyin özülü!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
7 Sərt Ayı, 46-cı il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
7 Sərt Ayı, 46-cı il. Saray-Soylu.